Ramiz Mehdiyevdən müzakirələrə səbəb olacaq addım

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəsmi saytında akademiyanın rəhbər şəxslərinin qəbul vaxtları qeyd olunub.

AMEA rəhbərliyinin qəbul günlərinə nəzər yetirdikdə, burada AMEA-nın prezidenti Ramiz Mehdiyevin adına rast gəlmək mümkün deyil. Belə ki, vətəndaşları qəbul edən rəhbər şəxslər əsas etibarı ilə vitse-prezidentlərdən ibarətdir.

Belə görünür ki, Ramiz Mehdiyev ölkədə koronavirusun geniş yayılması səbəbindən, insanlarla təmasdan çəkinir və belə olan halda özünü COVID-19 infeksiyasından qoruyur.pravda.az

Facebook Comments