Ramiz Mehdiyev haradadır? – Açıqlama

AMEA-nın İşlər idarəsinin müdiri Elton Məmmədov sabiq nəqliyyat naziri olan qardaşı Ziya Məmmədovun akademik Ramiz Mehdiyevlə birgə karantini Göyçayda keçirməsi barədə yayılan xəbərlərdən danışıb.

Sozcu.az xəbər verir ki, Elton Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, bu barədə yayılan məlumatlar doğru deyil:

“Əvvəla, bu xəbər yalandır. Digər tərəfdən isə axı Ziya Məmmədovla Ramiz Mehdiyevin harada dincəlməsinin mətbuata nə dəxli var? Kimsə təqaüdə çıxıb haradasa istirahət edirsə, bu, mətbuatı nə üçün maraqlandırmalıdır? Bu, insanların şəxsi həyatıdır”.

Sabiq deputat deyib ki, Ramiz Mehdiyev rayonda deyil, şəhərdə evində istirahət edir:

“Dünyanın bu cür gərgin vaxtında kiminsə şəxsi həyatı ilə maraqlanmaq və bunu mətbuata çıxarmaq ayıbdır…”.

Xatırladaq ki, “azpolitika.info” saytında AMEA prezidenti Ramiz Mehdiyevin karantini Göyçayda sabiq nəqliyyat naziri Ziya Məmmədovla birgə keçirməsi barədə məlumat yayıb.

Facebook Comments