Ramil Şeydayevin yeni klubu məlum oldu-Premyer Liqada oynayacaq

Rusiyanın “Krılya Sovetov” klubu ilə müqaviləsinin müddəti başa çatan Ramil Şeydayevin yeni klubu məlum olub.

Sözcü.az  xəbər verir ki, Millimizin 23 yaşlı hücumçusu karyerasını Moskva “Dinamo”sunda davam etdirəcək. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Paytaxt klubunun  azad agent statusu olan Şeydayevin keçidini həll etdiyi və Ramilin tibbi müayinədən keçdikdən sonra “Dinamo” ilə rəsmi müqavilə imzalayacağı bildirilir.

Şeydayev son mövsümdə “Krılya Sovetov”un heyətində Rusiya Premyer Liqasında 18 oyuna 4 qol vurub.

Facebook Comments