Ramil Şeydayev rəsmən “Dinamo”da – Yenilənib

Mövsümün sonunda “Krılya Sovetov”la müqaviləsi başa çatan Ramil Şeydayevin Moskva “Dinamo”suna keçidi rəsmilləşib.

Sozcu.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisində tibbi müayinədən uğurla keçən millimizin üzvü ilə bu gün 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ramil ötən ilin avqust yayından “Krılya Sovetov”da çıxış edirdi. 23 yaşlı hücumçu ötən mövsüm Rusiya Premyer Liqasında 18 oyuna çıxıb və 4 qol vurub.(Qol.az)