Ramil Şeydayev qovuldu

Futbol üzrə Rusiya Premyer Liqasında 26-cı turun oyunları keçirilir.

Sozcu.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Zenit”lə üz-üzə gəlib. Ramilin komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 2:4.

Şeydayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb.

Komandasının 40-cı dəqiqədə vurduğu ilk qolun məhsuldar ötürməsini Ramil verib. Lakin o, bu görüşü vaxtından öncə başa vurmalı olub. Belə ki, 47-ci dəqiqədə ilk sarı vərəqə ilə cəzalanan millimizin üzvü 78-də də oxşar aqibətlə üzləşib və qırmızı vərəqə ilə meydandan qovulub.

Hazırda “Krılya Sovetov” 27 xalla 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.(Komanda.az)