“Ramil bayrağımızı təhqir edənin cavabını versə də Qarabağ savaşında hələ sözünü deməyib”

“O zaman Ramil də Raquf, Polad, İlqar kimi bayrağı başının üstünə qaldırıb gedəcək…”

Xəbər verdiyimiz kimi bu gün polkovnik-leytenant, bayrağımızı təhqir etdiyi üçün erməni hərbçini tikələrə bölən Ramil Səfərovun doğum günüdür.

Moderator.az-a açıqlamasında yazıçı, millət vəkili Aqil Abbas Ramillə bağlı öz xoş təəssüratlarını bölüşüb:

“Ramil Səfərov mənim ən çox fəxr etdiyim hərbçilərdən biridir. Ləqayətini qoruyan və Azərbaycanın bayrağını təhqir edən adam üçün bütün həyatını qurban verən adamdı. İndi görün o, torpağı təhqir edən üçün nə edə bilərdi. Ramil Azərbaycan bayrağına toxunan və təhqir edən adama görə bütün həyatını bu yolda məhv etməyi göz önünə alan oğlandı, bunu fikirləşin, bu, sadə bir şey deyil. Qənirə xanım Paşayeva, Umud Rəhimoğlu, Zahid Oruc və mən onun müdafiə komitəsinin üzvü olmuşuq. Yəni ona qədər biz onun ailəsiylə həmişə əlaqədə olmuşuq. Mən onunla həmişə fəxr etmişəm və həm də yerlimdi, bir az bu da var. Torpaqların işğaldan azad olunmasını gözləyirik və onda Ramil Səfərov öndə gedəcək. Necə ki, Raquf Orucov, Polad Həşimov, İlqar Mirzəyev getdi. Ramil də onlar kimi öndə təhqir olunmuş bayrağı başının üstünə qaldırıb gedəcək”.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri, Ramil Səfərovu müdafiə komitəsinin üzvü Umud Rəhimoğlu da saytımıza açıqlamasında onu təbrik edib:

“Ramili doğum günü münasibətilə təbrik edirəm. R.Səfərov Cəbrayılda doğulub boya-başa çatıb. Cəbrayıl rayonu erməni vandallarının tar-mar, yerlə-yeksan etdiyi yeddi rayonlarımızdan biridir. R.Səfərov Azərbaycan zabitidir və kifayət qədər Qarabağ savaşında, torpaqlarımızın işğalı zamanı o, yurdunu-yuvasını itirməklə yanaşı, həm də çoxlu qohum-əqrabasını itirib, şəhid olanları var. O, həbsdə olan zaman anası bu əzaba dözmədi və dünyasını dəyişdi. Bir insan üçün nə qədər acı məşəqqətlər varsa, Ramil bunların hamısını yaşamış insandır. Bilirsiniz ki, NATO-nun təlimlərində iştirak edən erməni zabiti Qurqen Markaryan bizim dövətimizin atributu olan bayrağımıza qarşı sayğısızılıq edib, ayaq altına atıb və bununla da həm Ramilin və bütövlükdə xalqımızın, millətimizin hissiyatı ilə oynamağa çalışıb və ləyaqətli cavabını alıb. Biz o zaman kifayət qədər onun azad olunması üçün çabalar göstərdik və şükürlər olsun ki, bu öz nəticəsini verdi. R.Səfərov bu gün Azərbaycan milli ordusunda şərəflə xidmət edir və mənə elə gəlir ki, o, Qarabağ savaşında hələ son sözünü deməyib. Düşünürəm ki, o, böyük savaşda son sözünü deyəcək və inşallah yaxınlarıyla birlikdə öz yurduna dönəcək. Azərbaycan ordusu bu gün kifayət qədər inkişaf etmiş bir ordudur. Son Türkiyə-Azərbaycan təlimləri də bunu bir daha göstərdi. Mən bir daha Ramil Səfərovu təbrik edirəm və ona böyük zəfər sevincini yaşamağı arzu edirəm, hamımızla bahəm”.

Facebook Comments