Ramazanın 4-cü gününün duası, imsak və iftar vaxtı

Bu gün Ramazan ayının dördüncü günüdür.

Sozcu.az-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda mayın 9-da imsak saat 03:52-də, iftar isə saat 19:59-dadır.

Ramazan ayının 4-cü gününün duası:

“Alahummə qəvvini fihi əla iqaməti əmrik. Və əziqni fihi həlavətə zikrik. Və əvzi-ni fihi li-ədai şükrik. Bikərəmikə vəhfəzni fihi bihifzikə və sətrik, ya əbsərən-nazirin”.

Tərcüməsi:

“İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinin şirinliyini mənə dadızdır. Sənə layiqincə şükür etmək üçün məni ilhamlandır. Kərəminə and verirəm, məni öz himayəndə gizlət və qoru, ey görənlərin ən bəsirətlisi!”

Allah orucunuzu qəbul etsin!   (Teleqraf.com)