Rafiq Quluyevin qeyri-rəsmi tikinti “makler”i aldığı tikinti materiallarının pulunu vermir – Bəhanə şəhidlərdir

Xətai rayon İcra Hakimiyyəti ərazidə tikdiyi parka görə aldığı tikinti materialının pulunu vermir.

Bunu Sozcu.az saytına şikyətçi Səmidov Səid Çingiz oğlu bildirib.

Səid Səmidov bildiri ki, Xətai rayonu ərarzisində tikilən park üçün 3300 manatlıq daş verib.  Səid Səmidov bildirir ki, artıq bir neçə aydır ki, verdiyi materialın pulunu ala bilmir. İcra başçısı Rafiq Quliyevin adamı İntiqam adlı şəxs müxtəlif bəhanələrlə pulu verməkdən boyun qaçırır.  Dəfələrlə verdiyi daşın pulunu istəməyinə baxmayaraq,  başçının qeyri-rəsmi adamı İntiqam,  hər dəfə, “şəhidimiz var, başımız qarışıqdır”, – deyir.

Səid Səmidov qeyd edib ki, şəhid adından istifadə edərək, fırıldaqçılıqla məşğul olan İntiqam və icra başçısı haqda prezident İlham Əliyevə müraciət edəcək.

Facebook Comments