Rəşad Sadıqovdan püşk açıqlaması

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin püşkatması ilə bağlı fikirlərini açıqlayıb.

Sozcu.az xəbər verir ki, püşkün nəticəsinə görə, Ağdam klubu A qrupunda “Sevilya” (İspaniya), APOEL (Kipr) və “Düdelanj”a (Lüksemburq) rəqib olub.

Rəşad Sadıqov “Qarabağ”ın rəsmi saytına açıqlamasında deyib: “Ümumi götürsək, maraqlı qrupa düşdük. Klublara ayrı-ayrı baxsaq, məlumdur ki, “Sevilya” bu turnirin favoritlərindən biridir və 5 dəfə Avropa Liqasının qalibi olub. APOEL-lə bu mövsüm qarşılaşdıq. Aramızda gərgin mübarizə şəraitində iki oyun keçdi və onlar növbəti mərhələyə yüksəldi. “Düdelanj”la isə 3 il qabaq oynamışdıq, ilk oyunda qalib gəlmişdik, cavab matçında isə son dəqiqələrə qədər məğlub olurduq və sonda bərabərlik qolunu vurmuşduq. Əlimizdən gələni edəcəyik ki, qrupun sonunda nəticələr bizim üçün yaxşı olsun”.(Qol.az)

Facebook Comments