Ərəb nazir Trampın kürəkəni ilə görüşdü

ABŞ Yaxın Şərqdə sabitliyi təmin etmək məqsədilə Birləşmiş Ərəb Əmirliyi ilə razılaşma əldə edib.

Sozcu.az xəbər verir ki, bu barədə BƏƏ-nin rəsmi xəbər agentliyi VAM məlumat yayıb.

Məlumata əsasən, BƏƏ Xarici İşlər naziri Şeyx Abdullah bin Zayed əl-Nəhyan Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerlə görüşüb. Görüşdə tərəflər ortaq maraqları gücləndirmək, ekstremizm və terrorizmlə mübarizə, Yaxın Şərqdə parlaq bir gələcək inşa etmək məsələsində Əbu-Dabi ilə Vaşinqton arasındakı iş birliyinin davam etməsinin önəmini vurğulayıblar.

Facebook Comments