Rəsulzadənin nəvəsi Mübariz Mənsimovdan yazdı – Foto

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə sosial şəbəkələrdə Mənsimovla birgə şəklini paylaşaraq onun haqqında xoş sözlər yazıb.

“Mübariz Mənsimov cənabları Azərbaycan xalqının qeyrətli , vətənpərvər, son dərəcə bacarıqlı , yüksək intellektə malik mərd oğludur. Biz onun xeyirxah işlərini daima dəstəkləyir və dəstəkləməliyik . Bu şərəfli fəaliyyətlərində ona uğurlar arzulayıram”.

Qeyd edək ki, bir neçə gün əvvəl “Palmali” şirkətiin yeni istifadəyə verdiyi “Məmmədəmin Rəsulzadə” adlı gəmisinin qəzaya uğraması barədə xəbərlər gündəmi zəbt etdi.

Mübariz Mənsimov isə bu qəzanı ona qarşı aparılan çirkin kampaniyanın tərkib hissəsi olduğunu iddia etmişdi.(Bizimyolinfo)