RƏSMİ ANKARADAN YUNANISTAN VƏ Aİ-yə SƏRT ETİRAZ:”Bu “şıltaq və dəcəl uşaqlar”a qəsbə imkan verməyəcəyik”

“Yunanıstanın Avropa İttifaqı üzvü olması onlara Kipr türklərinin haqlarını qəsb etməyə haqq verməz”.

Sözcü.az xəbər verir ki, bu sözlər Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəynatda yer alıb.

XİN Türkiyənin Aralıq dənizində Kipr türklərinin dislokasiyasında neft və qaz axtarışlarına Yunanıstanın etiraz etmək haqqının olmadığını bəyan edib: “Yunanıstan XİN başçısının Türkiyənin Şərqi Aralıq dənizində beynəlxalq hüquqa uyğun olaraq yürütdüyü fəaliyyət haqda dediklərini qəbul etmirik.

“Avropanın şıltaq, ərköyün uşağı” ünvanı əsasən Yunanıstana aiddir. Avropanın “dəcəl uşağı” isə beynəlxalq hüquqa zidd şəkildə Avropa Birliyi üzvü olan və Yunanıstanla birlikdə illərdir Şərqi Aralıq dənizini çaxnaşmaya sürükləyən Cənubi Kipr Respublikasının rəhbərliyidir. Onların Avropa Birliyinin üzvü olması, özlərini adanın tamamının təmsilçisi kimi təqdim etməsi, Kipr türklərinin qanuni haqq və mənfəətini qəsb etməyə haqq verməz”.

XİN bildirib ki, Avropa Birliyi Kipr-Yunan ikilisinin adanın bərabər sahiblərindən olan Kipr türklərinin haqları üzərindən oynadığı oyuna ortaqdır: “Avropa Birliyinin bu oyunun aktyoruna çevrilməsi qəbuledilməzdir. Bu, eyni zamanda, Avropa Birliyinin Kipr probleminin həllinə yönəlik müzakirələrdə tərəfsizliyini itirməsi deməkdir”.

Bəyanatda qeyd edilib ki, Türkiyə həm öz haqqını, həm də Kipr və oradakı türklərin qanuni haqlarını bütün gücü ilə qoruyacaq: “Türkiyə Şərqi Aralıq dənizində özünə aid haqqını qoruduğu kimi, Kipr türklərinin qanuni haqqlarını da sona qədər qoruyacaq. Ta o günə kimi ki, Kipr türklərinin haqq və mənfəəti təminat altına alınacaq”.\Strateq.az\