Rəis özün asdı – Ağdamda şok olay

Ağdamda poçt şöbəsinin rəisi özünü asaraq intihar edib.

Sozcu.az xəbər verir ki,hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.

Kənd sakini 1957-ci il təvəllüdlü Tağıyeva Püstə Mərkəz qızı yaşadığı evin həyətində özünü asıb. P. Tağıyeva Ağdam Poçt Filialının Qaradağlı poçt şöbəsinin rəisi vəzifəsində işləyib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır./ONA/