Qvardiola “Yuventus”la anlaşıb – İddia

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Yuventus”un sükanı arxasına keçə bilər.

Sozcu.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, ispaniyalı mütəxəsis Turin klubunun idman direktoru Fabio Paratiçi ilə görüşüb. Tərəflərin artıq razılığa gəldiyi bildirilir. Anlaşmaya görə, Qvardiolanın “qoca sinyora” ilə 4 illik müqavilə bağlayacağı iddia olunur.

İspaniyanın “AS” nəşri isə Qvardiola ilə “Yuventus”un hədəflərinin üst-üstə düşdüyünü və əməkdaşlığın mümkün olduğunu yazıb.

Qeyd edək ki, Qvardiola 2016-cı ilin yayından “Mançester Siti”ni çalışdırır.(Qol.az)