Qvardiola “Yuventusa”doğru

Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yeni mövsümdən “Yuventus”u çalışdıra bilər.

Sozcu.az-ın məlumatına görə, bu barədə “Radio CRC”nın efirində idman jurnalisti Luici Quelpa bildirib. O, tərəflər arasında razılığın əldə olunduğunu iddia edib.
Qeyd edək ki, Qvardiolanın “Mançester Siti” ilə hazırkı müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatır.

Əlavə edək ki, Turin klubunun hazırkı baş məşqçisi Massimiliano Alleqrinin bu mövsümün sonu “Yuventus”dan ayrılacağı gözlənilir.(Qol.az)