Qvardiola VAR-dan danışdı

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın ilk turunda “Vest Hem”ə qarşı keçirilən oyundan sonra jurnalistlərə açıqlama verib.

Sozcu.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Premyer Liqada ilk dəfə tədbiq olunan Video Assistent Referi (VAR) haqqında danışan Qvardiola bunları deyib: “VAR-a öyrəşməyə çalışıram. Keçən mövsüm “Tottenhem”lə matçın 90+5-ci dəqiqəsində qol vurduq. Bizimlə yanaşı 60 min azarkeş sevindi, ancaq ofsayddan vurulduğu bildirilərək qol qeydə alınmadı”.

Qeyd edək ki, “Mançester Siti səfərdə “Vest Hem”ə 5:0 hesabı ilə qalib gəlib.(Qol.az)