Qvardiola Haalandan danışdı

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar liqasının 1/4 finalında “Borussiya” ilə ilk oyundan əvvəl Dortmund klubunun hücumçusu Erlinq Haaland haqqda danışıb.

Sozcu.az “Guardian”a istinadən xəbər verir ki, o, norveçli hücumçu barədə müsbət fikirlər səsləndirib: “Haaland 20 yaşındadır və statistikası öz sözünü deyir. Sağ və sol ayaqlarını yaxşı idarə etdiyi üçün qol vurur. Həm əks hücumlardan sonra, həm də cərimə meydançasından fərqlənməyi bacarır. Hamı onun inanılmaz bir hücumçu olduğunu bilir.

Haaland müstəsna bir hücumçudur. Yaşına görə inanılmazdır, onun haqqında söyləyə biləcəyim şey budur”.

Qeyd edək ki, bu gün keçiriləcək “Mançester Siti” – “Borussiya” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, İngiltərə təmsilçisinin Haalandı transfer etmək istədiyi bildirilir.

Facebook Comments