BMT Baş katibi Antonio Quterreş Suriyadakı tərəfləri qarşıdurmadan çəkinməyə və təmkinli olmağa çağırır.
Sozcu.az xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik ABŞ-ın Suriyaya hava zərbələri endirməsinə münasibət bildirərkən deyib.
“Baş katib ABŞ-ın Suriyanın şərqindəki hədəflərə zərbə endirməsi ilə bağlı xəbərləri diqqətlə izlədi. Bölgədəki dəyişiklikdən narahatdır və bütün tərəfləri vəziyyəti gərginləşdirməməyə çağırır”, – Düjarrik vurğulayıb.
Qeyd edək ki, ABŞ qırıcıları Suriyada İran hərbi obyektlərinə aviazərbələr endirib.
Facebook Comments