Qurban Qurbanovun oğlu göz yaşlarını saxlaya bilmədi – TƏSİRLİ GÖRÜNTÜLƏR/VİDEO

Futbol üzrə U-21 yığmamızın hücumçusu, baş məşqçi Qurban Qurbanovun oğlu Musa Qurbanlı göz yaşlarını saxlaya bilməyib.

Publika.az xəbər verir ki, Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Gürcüstanla baş tutan oyunda (0:3) yaxın məsafədən topu qapıya göndərə bilməyən hücumçu uğursuzluğundan dolayı matçdan sonra kədərli anlar yaşayıb.

Meydanın mərkəzində uzanıb ağlayan futbolçunu baş məşqçisi Milan Obradoviç sakitləşdirib.