Qüdrət Həsənquliyev: Polis və FHN əməkdaşlarının maaşı artırılsın

”350 manatla dolanmaq olar?”

“Bu gün cinayət axtarış şöbəsinin zabiti 523 manat maaş alır. Bu, kifayət qədər azdır. May ayında büdcəyə yenidən baxılacaqsa, daxili işlər orqanlarının əməkdaşlarının əməkhaqqı ən azı iki dəfə artırmalıyıq. Hesab edirəm ki, DİN rəhbərliyi də bu məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsə, yaxşı olar”.

Deputat Qüdrət Həsənquliyev İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun məlumatının müzakirəsi zamanı belə deyib. O bildirib ki, polis orqanlarında çalışanların fəaliyyətini yüksək qiymətləndirir:

“Bizim özümüzü təhlükəsiz hiss etməyimiz polisdən çox asılıdır. Polis peşəsi şərəfli olduğu qədər də çətindir. Mənim qardaşım da polis orqanlarında işləyib”.

Q.Həsənquliyev həmçinin Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının da maaşının aşağı olduğunu bildirib:

“Bu qurumun əməkdaşlarının orta əmək haqqı 350 manatdır. Mən həmkarlarımdan soruşmaq istəyirəm, 350 manatla indiki dövrdə necə yaşamaq və ailə saxlamaq olar? Odur ki, bu qurumun əməkdaşlarının da maaşının artrılması çox yaxşı olardı”.

Sozcu.az