“Qucağına oturduğu hansı havadarı ona bu cürəti bağışladı!?”

Bir az əvvəl “Boş” nazirin 11 dəqiqəlik çıxışını dinlədim. Doğudan, özünə nəzarəti tamamilə itirib. Asıb-kəsir yenə Nikol. Bu gün səhər isə pişiyə dönmüşdü. Prezident Əliyevə yalvaraq döyüşü dayandırmağı xahiş edirdi. Nə baş verdi, qucağna oturduğu hansı havadarı ona bu cürəti bağışladı!? Kimdir və ya hansı qüvvədir boğazına ipi doluyub sola-sağa onu eşşək kimi sürüyür!?

Təlxəyin qorxudan qulaqları sallanmışdı. İndi DQ-ın hər metrəsi, santimetri uğrunda mübarizə aparacağını bildirən Paşinyanı bu cür arxayın və inamla danışmağa cürəti çatmazdı. Yeganə səbəb budur ki, dünəndən başlayaraq Rusiyanın Leninakanda yerləşən 102-ci mexanikləşdirilmiş hərbi bazasından Ermənistana hər növ silah daşınır.

Mən başqa motiv görmürəm. Düşmən Tərtərin, Ağcəbədinin, Bərdənin yaşayış məntəqələrini də bu havayı silahlarla atəşə tutmuşdu. Nəticədə biri körpə uşaq olmaqla Bərdədən 4 nəfər mülki vətəndaşımız həlak olmuş, 30-a yaxın mülki şəxs ağır xəsarətlər almışdır. Çox yəqin bu gecə Ordumuz düşməndən bu qisası artıqlaması ilə alar.

Rusiya hökuməti nəhəyət ki, cinayətkar dövlətinin silahlandırılması mövqeyindən daşınmalıdır. Əks təqdirdə müharibənin məsuliyyəti və acı nəticələrini cinayətkar Ermənistanla bölüşməli olacaqdır.

Eldar Sabiroğlu
keçmiş millət vəkili və ehtiyatda olan polkovnik

Facebook Comments