Qubad İbadoğlu: “Xarici siyasət institutu fövqəladə rejimdə fəaliyyət göstərməlidir”

“Bəziləri Qarabağ münaqişəsinin tənzimlənməsində Türkiyənin iştirakını və rolunu kiçiltməyə çalışırlar. Burda aparıcı rolun Minsk Qrupunun həmsədrləri Rusiya, ABŞ və Fransaya məxsus olduğunu bildirirlər. Məlumat üçün qeyd edim ki, Türkiyə də Minsk Qrupunun ABŞ, Fransa və Rusiya kimi bərabər hüquqlu üzvüdür. Ümumiyyətlə, bu qrupun tərkibinə həmin ölkələrdən başqa Almaniya, Belarus, İsveç, İtaliya, Niderland Krallığı, Portuqaliya və Finlandiya daxildir. Finlandıya və İsveç də müxtəlif dövrlərdə bu qrupun həmsədləri olublar. Amma Türkiyə hər zaman üzv olub, həmsədr olaraq münaqişənin tənzimlənməsinə cəlb edilməyib, həmsədlərin tərkibi 3 dəfə dəyişsə də hər zaman Rusiya orda qalıb, rotasiya olmayıb. Nədən belə olmalıdır? Hesab edirəm ki, xüsusilə indiki müharibə və müdafiə hazırlığı dövründə xarici siyasət institutu daha fəal olmalı və fövqəlada rejimdə fəaliyyət göstərməlidir”.

Sozcu.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.

Q.İbadoğlu bu istiqamətdə təkliflərini də açıqlayıb: “Müharibə və müdafiə hazırlığı ilə bərabər 1) Türkiyənin həmsədr olaraq münaqişənin tənzimlənməsinə cəlb edilməsi istiqamətində təşəbbüs göstərilsin. 2) Azərbaycan Xarici İşlər Nazirliyi Minsk Qrupu üzvləri ilə ikitərəfli əlaqələrinin genişləndirsin və onlardan Azərbaycanın torpaqlarının azad edilməsi üçün açıq mövqe istəsin. 3) Əgər birinci iki şərtə əməl olunmayacaqsa, qrupun həmsədrlik institutunun tərkibində rotasiya olmayacaqsa, onda Azərbaycan Minsk Qrupunun buraxılmasına çağırış etməlidir”.

Facebook Comments