Qubad İbadoğlu “Virusu məktəbə buraxmayaq” adı altında kampaniyaya paşladı

İqtisadçı ekspert Qubad İbadoğlu yeni kampaniyaya başlayıb.

Sozcu.az xəbər  verir ki, Q.İbadoğlu “Virusu məktəbə buraxmayaq” adı altında başladığı kampaniyaya hər kəsin qoşulmasını istəyib.

“Bu günə olan məlumata görə, Azərbaycanda 224 nəfər koronavirus şübhəsi ilə karantin şəraitində saxlanılır. Artıq 1 nəfərdə koronavirus tapılıb, 1997-ci il təvəllüdlü Rusiya vətəndaşı yüksək hərarətlə xüsusi karantin mərkəzinə aparılıb. Bu rəqəmlər hər gün artır. Odur ki, bir daha təklif edirəm ki, baxça, məktəb və universitetlərdə təhsil növbəti həftədən Novruz bayramına qədər dayandırılsın. Qanuna görə, fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin Qərarı, bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə Təhsil Nazirliyinin əmri əsasında həyata keçirilir. Ekspert təklifini aşağıdakı şəkildə əsaslandırıb: “Gəlin birlikdə Nazirlər Kabinetinə və Təhsil Nazirliyinə müraciət edək ki, gələn həftədən kütləvi xəstəlik ehtimalının yüksək olması səbəbindən qabaqlayıcı tədbir kimi baxça, məktəb və universitetlərdə təhsil növbəti həftədən Novruz bayramına qədər dayandırsınlar” – Q.İbadoğlu əlavə edib.

Facebook Comments