Qrizmann “Atletiko”nun məşqinə getmədi

“Atletiko” futbolçusu Antuan Qrizmannı cərimələməyə hazırlaşır.Sozcu.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, belə ki, fransalı hücumçu komandasının bugünkü məşqinə qatılmayıb. Bu səbəbdən Madrid təmsilçisi 28 yaşlı oyunçunu 200 min avro məbləğində cərimələməyi düşünür.

Qeyd edək ki, “Atletiko” bundan əvvəl Qrizmannı məşqə qatılmayacağı təqdirdə, cərimələnəcəyi barədə xəbərdarlıq etmişdi.

Xatırladaq ki, bu yay Madrid klubundan ayrılacağını açıqlayan Qrizmann “Barselona” ilə danışıqlar aparır.(Qol.az)