“Qızım məni anamdan da çox sevir”

Əməkdar artist Aybəniz Haşımova sosial mediada qızı Aynişan Quliyeva ilə fotosunu paylaşıb.

Sozcu.az xəbər verir ki, müğənni doğum günü ilə bağlı ona təşəkkür edib.

“Nəhayət son təşəkkürüm. Onu çox vəsf etmishəm. Amma bugün onun insanlıq tablosuna necə ad verim ki, ona layiq olsun bilmirəm. Bir övlad valideynini bu qədərmi düşünər, qoruyar, sevər? Elə bilirdim ki, məni anam qədər kimsə sevə bilməz. Səhv etmişəm. Aynişan məni anamdan da çox sevirmiş” deyə o, yazıb.