“Qızıl top” Messiyə verilməlidir” – Van Deyk

“Liverpul”un müdafiəçisi Vircil Van Deyk “Qızıl top”u qazanmaq şansını dəyərləndirib.

Sozcu.az-ın yaydığı xəbərə görə, hollandiyalı futbolçu sözgedən mükafata “Barselona”nın kapitanı Lionel Messinin layiq olduğunu söyləyib:

“Finalda iştirak edib-etməməsi heç nəyi dəyişmir. Düşünürəm ki, Messi dünyanın ən yaxşı oyunçusudur. “Qızıl top”u məhz o qazanmalıdır. Belə ki, mən indi bu barədə fikirləşmirəm. Ancaq makafata layiq görülsəm, qəbul edərəm”.

Qeyd edək ki, “Liverpul”un heyətində Çempionlar Liqasının qalibi olan Van Deyk dünən “Tottenhem”lə final oyununun (2:0) ən yaxşı oyunçusu seçilib.(Qol.az)