Qızıl bazarı bahalaşdı, gümüş isə…

Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.

Trend-in məlumatına görə, sentyabrın 12-də qızılın qiyməti sentyabrın 11-i ilə müqayisədə 8,483 manat artaraq 1 unsiya üçün 2543,285 manat təşkil edib.

Gümüş 0,0328 manat ucuzlaşaraq 1 unsiya üçün 30,7867 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 17,153 manat artaraq 1610,478 manat, palladiumun qiyməti 31,45 manat artaraq 2691,95 manat təşkil edib.

Sozcu.az