Qıraq Kəsəmən kəndinin sakinləri su üçün “şirinlik” verməyə məcburdular

Tovuz Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Elxan Əsgərov vəzifəsinin öhdəsindən gələ bilmir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti “Meliorasiya və su təsərrüfatı sahəsində idarəetməni ədalətli şəkildə apara bilməyən, səriştəsiz və ya öz maraqlarını güdən məmurlar kənd təsərüfatını məhv etmək üzrədirlər. Kənd sakinlərinin üzləşdikləri ən böyük problem suvarma suyu ilə təchizatdır. Əhalinin əkin sahələri susuzluqdan yanır. Ağstafa rayonu Qıraq Kəsəmən kəndinin sakinləri 2 aydır susuz qalaraq əkin sahələrini suvara bilmirlər. Onların sözlərinə görə, kəndin “cüccülü bozu” hissəsində qazılmış subartezian quyusundan may ayının sonundan bəri istifadə edə bilmirlər. Kənd sakinləri Tovuz Subartezian Quyularının İstismarı İdarəsinin problemə biganə münasibətindən şikayətlənirlər. Kənd sakinlərinin şikayətlərinə aydınlıq gətirmək məqsədilə Tovuz Subartezian Quyularının İstismari İdarəsinin Ağstafa rayonu üzrə sahə rəisi Şahin Məmmədovla əlaqə saxlamaq mümkün olmur. (055-439-57-94) Subartezian quyusunun motorunun təmiri Tovuz Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Elxan Əsgərovun kefindən asılıdır. Əgər, əlavə pul toplanıb şirinlik verilsə, kənd sakinlərinin işi düzələcək, verilməsə aylarla su üzünə həsrət qalacaqsan.

Ağstafa çayında suyun səviyyəsinin kəskin şəkildə azalması, ilin əvvəlindən özünü göstərir. Su çatışmazlığının ciddi şəkildə özünü büruzə verəcəyi gözlənilən idi, buna baxmayaraq Tovuz Subartezian Quyularının İstismarı İdarəsi vaxtında tədbirlər görmədi, ona görə də hazırda su təchizatı problemi pik həddə çatıb. Kənd yerlərində Tovuz Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Elxan Əsgərovun himayə etdiyi böyük təsərrüfatlar suvarma sistemi ilə təmin olunur. Sadə vətəndaşlar isə su üzünə həsrət qalıblar.

Ələddin Kəsəmənli 

Facebook Comments