Qəzvinli idmançı Bəhmən Əsgəri dünya çempionatının final mərhələsinə yüksəldi

Güneyli idmançı Bəhmən Əsgəri Portuqaliyanın Lissabon şəhərində keçirilən karate idman növü üzrə dünya çempionatının final mərhələsinə yüksəlib.

Qəzvin əyalətinin Karate Federasiyasının başçısı Həmidrza Davəri qəzvinli karateçi Bəhmən Əsgərinin 4 ardıcıl qələbə ilə final mərhələsinə yol qalxdığını deyib.

Həmidrza Davəri yarışlara 87 ölkədən 769 idmançının qatıldığını və Olimpiyada oyunlarında yollanmaq üçün qarşılaşdıqlarını, Bəhmən Əsgərinin ilk yeri tutacağına əmin olduğunu bildirib.

Davəri bundan öncə də Bəhmən Əsgərinin Olimpiada yarışlarına vəsiqəsinin təsdiq edildiyini söyləyib.

O, buna baxmayaraq qəzvinli idmançının Belarus, Portoqaliya, Macarıstan və Ukraynadan olan rəqibləri üzərində inamlı qələbə qazandığını deyib.

Federasiya başçısı sabah mayın 2-də Bəhmən Əsgərinin Avropa çempionu və dünya ikincisi olan italiyalı rəqibi Luici Busaya qarşı son görüşünü keçirəcəyini bildirib.

2020-ci ildə keçirilməsi nəzərdə tutulan Olimpiada yarışlarının tarıxı COVİD-19 pandemiyası səbəbilə təxirə salınıb. Yarışlar bu ilin 23 iyul 8 avqust tarixləri arası keçiriləcək.

Facebook Comments