Qəzvin əyalətində koronovirusa yoluxma sayında çoxalma qeydə alınıb

24 saat ərzində daha 115 nəfər koronovirusa yoluxub.

Martın 5-də Qəzvin əyalətində 115 nəfərdə koronovirusa yoluxma halı aşkar edilib. Onlardan 37 nəfəri xəstəxanalara yerləşdirilib.

Bununlada Qəzvin əyalətində koronovirusa yoluxma səbəbindən xəstəxanalarda müalicə olunanların sayı 202 nəfərə yüksəlib.

Qəzvin Tibb Elmləri Universitetinin yaydığı məlumatda bildirilir ki, son sutkada 34 nəfər sağalaraq evə buraxılıb. 22 xəstənin durumu ağır olduğuna görə süni tənəffüs aparatına qoşulublar, 3 nəfər isə həyatını itirib.

COVİD-19 virusunun yayılmasından bu günə kimi Qəzvin əyalətində ölənlərin sayı 1322 nəfər, xəstəxanalarda müalicə olunanların sayı isə 18 min 142 nəfərə çatıb.

Facebook Comments