Qərbi Azərbaycanın yerli olmayan valisinin anti-Azərbaycan yazını “layk” etməsi etirazlara səbəb olub- FOTO

Qərbi Azərbaycanın yerli olmayan valisi Məhəmmədmehdi Şəhriyarinin Azərbaycan əleyhinə olan yazını bəyənməsi güney azərbaycanlıların qəzəb və etirazlarına səbəb olub.

Kürddilli olan yadelli bu vali iki gün əvvəl “Euronews”un “İnstagram” səhifəsində anti-Azərbaycan yazını “layk” edib. Həmin postda “Avropalı Parlamentinin nümayəndələrinin Qarabağı erməni işğalından azad etdiyi üçün Azərbaycan vətəndaşlarına məhdudiyyətlər tətbiq edilməsini istəmələri” barədə məlumat yazılıb.

Məsələnin mediada işıqlandırılması və güney azərbaycanlıların etirazlarından sonra bu yadelli vali açıqlama verməyə məcbur qalıb.

O, iki gün aradan sonra verdiyi izahatda iddia edib ki, “bu foto saxtadır” və onun “nüfuzuna xələl gətirmək üçün hazırlanıb”.

Digər tərəfdən, İran rejiminin məsulları da saysız- hesabsız videolar, fotolar və sübutlara baxmayaraq, Ermənilərə göstərdikləri dəstəyi danırlar.

Bu yerli olmayan vali əvvəllər də dəfələrlə türk düşmənliyi və anti- Azərbaycan istiqamətində etdiyi çıxışlarla gündəmə gəlib.

Məhəmmədmehdi Şəhriyari kürddillidir və Bocnurd şəhərinin sakinidir. Tehran rejimi müəyyən məqsədləri üçün bütün etirazlara baxmayaraq, onu Güney Azərbaycana vali təyin edib.

Facebook Comments