Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı 4600-i keçib

Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində son 24 saatda 135 yeni koronavirusa yoluxma faktı qeydə alınıb.

Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus xəstəliyinə yoluxanların ümumi sayının 4648 nəfərə çatdığını bildirib. Onun sözlərinə görə, xəstəliyə yoluxanlardan 3067 nəfər tam sağalaraq evlərinə göndərilib. Ağazadə infeksiyadan ölənlərin sayının 209 nəfər olduğunu deyib.

Öncəki gün Qərbi Azərbaycan əyalətində 158 koronavirusa yoluxma faktı qeydə alınıb. Bu rəqəm epidemiyanın başlanmasından bəri rekord göstərici hesab olunur.

Güney Azərbaycanın Ərdəbil əyalətində də koronavirus infeksiyasına yoluxanların sayı 2616 nəfərə çatıb. Əyalətdə son 24 saatda 35 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Ərdəbildə xəstəliyin qurbanlarının ümumi sayı haqqında məlumat verilməyib.

Zəncan əyalətində isə rəsmi açıqlamaya görə, koronavirus infeksiyasına yoluxanların sayı 1130 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha 9 nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 126 nəfərə çatıb. Qızılbaş xəstəliyə yoluxanlardan 924 nəfərinin tam sağaldığını bildirib.

Güney Azərbaycanın Həmədan, Şərqi Azərbaycan və Qəzvin əyalətlərinin səhiyyə xidməti məsulları isə pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamayıb.

Sozcu.az

Facebook Comments