Qərbi Azərbaycanda 468 nəfər koronavirusdan ölüb

Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində 468 nəfər koronavirusdan dünyasını dəyişib.

Bu barədə, Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Cavad Ağazadə məlumat verib.

Ağazadənin sözlərinə görə, ötən 24 saatda 188 nəfər koronavirus şübhəsi ilə xəstəxanalara yerləşdirilib, onlardan 10 nəfəri dünyasını dəyişib.

Zəncan əyalətində isə son 24 saatda daha 47 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə koronavirus infeksiyasına yoluxanların ümumi sayının 1739 nəfərə çatdığını açıqlayıb.

Qızılbaşın sözlərinə görə, Zəncanda koronavirusdan ölənlərin sayı isə 185 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 1388 nəfərinin tam sağaldığını bildirib.

O həmçinin qeyd edib ki, hazırda koronavirusa yoluxan 588 nəfər xəstəxanalarda müalicə alır.

Güney Azərbaycanın Ərdəbil əyalətində isə son 24 saatda 26 nəfər koronavirusa yoluxub. Ərdəbil Tibb Universitetinin rektor müavini Məhəmmədrza Rzayinin sözlərinə görə, hazırda əyalətdə xəstəliyə yoluxan 147 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 30 nəfəri reanimasiya şöbəsindədir.

Facebook Comments