“Qəddafi həmin dəqiqələrdə həyat yoldaşının adı yazılan üzüyə baxırdı” – Əsgərin xatirəsi

Liviyanın keçmiş lideri Müəmmər Qəddafini öldürən əsgər Üreybi bu barədə danışıb.

“Qəddafini yaxalayan zaman üzərində qəhvəyi rəngli hərbi forma, kiçik tapança var idi. Güllə atmağa heç cəhd də göstərmədi. Üzərində başqa heç nə yox idi. Bircə barmağında həyat yoldaşının adı yazılmış üzük var idi. Qəddafi həmin dəqiqələrdə – yəni biz onu yerə yıxıb əllərini bağlamaq istəyəndə ancaq o üzüyə baxırdı. Üzüyü barmağından çıxardım. Sonra Qəddafini maşının üstünə atdıq. Həmin üzük və qəhvəyi rəngli geyim bu gün də mənimlədir. Onları özümlə götürdüm. Vaxt gələr, Liviya muzeyinə bağışlayaram. Tapançanı isə üsyançılardan biri ələ keçirdi”, Üreybi deyib.

Qeyd edək ki, Müəmmər Qəddafi 21Oktyabr 2011-ci ildə Sirt şəhərində hərbi əməliyyatlar zamanı öldürülüb. 2011-ci il fevralın ortalarında Liviyada 40 ildən artıq bir dövrdə ölkəyə rəhbərlik edən Qəddafinin istefası tələbi ilə başlamış kütləvi nümayişlər sonradan hökumət qüvvələri ilə üsyançılar arasında silahlı toqquşmalara çevrildi. Altı ay davam edən hərbi əməliyyatların gedişində Qəddafi rejiminin əleyhdarları, demək olar, ölkənin bütün ərazisində nəzarəti ələ ala bilmişdi. Hərbi əməliyyatda dönüş avqustun üçüncü ongünlüyündə, müxalifət qüvvələrinin NATO aviasiyasının dəstəyi ilə Liviyanın paytaxtı Tripolini tutduqdan sonra baş vermişdi.

ednews.net

Facebook Comments