Qazaxda bədbəxt olay: 58 yaşlı kişinin üstünə traktor aşdı

Qazaxda 58 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.

Kənd sakini, 1961-ci il təvəllüdlü Məcid İdris oğlu Piriyev ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. İlkin məlumatlara görə, sahədə təmir etdiyi “Belarus” traktoru onun üzərinə aşıb.

Faktla bağlı araşdırma aparılır.

Sozcu.az

Facebook Comments