“Qazax Ziyalılar Klubu” məlumat yaydı

“Qazax Ziyalılar Klubu” xalq yazıçısı, ictimai-siyasi xadim İsmayıl Şıxlının 100 illik yubileyi ilə bağlı keçirəcəyi tədbirlə əlaqədar İsmayıl Şıxlının oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Ayna- Zerkalo qəzetinin baş redaktoru, əməkdar jurnalist Elçin Şıxlı ilə görüşüb, tədbirlə bağlı məsləhət və tövsiyələrini alıb.

Qeyd edək ki, tədbirin keçiriləcək yeri və tarixi barədə əlavə məlumat veriləcək.