Qazax Ziyalılar Klubu İsmayıl Şıxlının 100 illik yubleyi ilə bağlı tədbir keçirəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlanıb həyata keçirilməsi barədə 28 yanvar 2019 ci il tarixli sərəncam imzalayıb.

Həmin sərəncama uyğun olaraq

Qazax Ziyalılar Klubu 13 sentyabr, 2019-cu il, saat 15:00 da Azərbaycan xalqının tanınmış ictimai xadimi, xalq yazıçısı, istiqlalçı deputat İsmayıl Şıxlının 100 illik yubileyi münasibəti ilə tədbir keçirəcəkdir.

Tədbir Atatürk Mərkəzində (Bakı şəh, Tərlan Əliyarbəyov, 5. Fəvvarələr Meydanı yaxınlığında) təşkil olunacaq.

Tədbirə Qazax Rayon İcra Hakimiyyəti, Azərbaycan Yazıçılar Birliyi, Qazax Xeyriyyə İctimai Birliyi, AYB-nin Zona Filialı, Dünya Gənc Türk Yazarlar Birliyi, AMEA-nın Ədəbiyyat İnstitutu, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Aşıqlar Birliyi, tanınmış ziyalılar, ictimai xadimlər, yazarlar, media nümayəndələri və bütün İsmayıl Şıxlı sevərlər dəvətlidir.

“Qazax Ziyalılar Klubu” mətbuat xidməti