“Qazax Ziyalılar Klubu” “İlin qazaxlı ziyalısı” müsabiqəsini elan edir

“Qazax Ziyalılar Klubu” Qazax Rayonu üzrə İlin ziyalısı müsabiqəsini elan edir.

Müsabiqənin münsiflər heyəti müəyyən edilib və münsiflər heyəti tanınmış ictimai, incəsənət və mədəniyyət xadimdə təşkil olunub. Münsiflər heyəti aşağıdakı tərkibdən ibarətdir:

Akif Aşırlı (Şərq qəzetinin təsisçisi və baş redaktoru),
Tariyel Qasımov (Azərbaycan Respublikasının xalq artisti),
Rəşat Kəsəmənli (Aktyor, şair-yazar),
Avdı Qoşqar (AJB-nin üzvü, əməkdar jurnalist)
İbrahim İlyaslı( Sumqayıt poeziya evinin sədri, AYB-üzvü, Türk Edebiyyatı Vakfının Fəxri üzvü),
Barat Vüsal (AYB-nin Qazax Zona filialının sədri, şair-publisist),
Fəridə Ləman (AYB-nin üzvü, yazar),
Ələddin Kəsəmənli(Qarayev) (Media xəbərləri informasiya portalının təsisçisi və baş redaktoru),
Vəli Xramçaylı (AYB-nin üzvü, şair).
Müsabiqənin nəticəsi münsiflər heyətinin qərarı ilə müəyyən ediləcək və 31 dekabr 2019-cu il tarixdə Dünya Azərbaycanlılarının həmrəylik günündə elan olunacaq. “İlin qazaxlı ziyalısı” seçilmiş şəxsə xüsusi diplom və mükafat təntənəli şəkildə təqdim olunacaq.