QAT telekanalların Qarabağ mövqeyini sərt tənqid etdi

QAT İdarə heyətində bu gün bir sıra aktual məsələlər müzakirə olunub, uyğun qərarlar qəbul edilib. Azərbaycanın teleməkanında acınacaqlı vəziyyət xüsusilə sərt tənqid olunub, bildirilib ki, telekanallar çal-çağır, bayağı verilişləri ilə, faktiki olaraq, əhalinin döyüş ruhunun öldürülməsinə, təslimçilik və biganəçilik əhval-ruhiyyəsi yaratmağa, deməli, həm də ermənilərin siyasətinə xidmət etməyə çalışırlar.

Bu məsələlər geniş müzakirə olunub, sonra Milli Televiziya və Radio Şurasına, telekanallara müraciətlərin ünvanlanması, görüşüb tələblərin çatdırılması, aksiyaların keçirilməsi ilə bağlı qərarlar qəbul olunub. Daha sonra hazırkı vəziyytəin müxtəlif məsələləri ilə bağlı qərarlar qəbul edilib. İdarə heyətinin iclası canlı yayında nümayiş etdirilib, izləyicilərin sualları cavablandırılıb.