QAT mitinq və imzatoplama qərarları verdi

Qarabağ Azadlıq Təşkilatı (QAT) İdarə Heyyətinin növbəti iclası keçirilib.

Sozcu.az xəbər verir ki, iclasda hazırkı vəziyyət, o cümlədən Rusiya və ABŞ-dan gələn son açıqlamalar, xarici işlər nazirlərinin Moskva görüşünün nəticələri, Qarabağ ətrafında təhlükəli proseslər, Ukraynada prezident seçkilərinin nəticələri və digər məsələlər müzakirə edilib, uyğun qərarlar qəbul olunub.

İclasda “Danışıqlar dayandırılsın, müharibə başlasın!” tələbi ilə imzatoplama kampaniyasının başlanması, həmçinin mayın 18-də, Laçının işğal günündə “Qarabağa azadlıq!” tələbi ilə mitinqin keçirilməsinə dair qərar qəbul edilib.