QAT Fuad Abbasovla bağlı bəyanat verdi

Qarabağ Azadlıq Təşkilatı (QAT) Fuad Abbasovun həbsi ilə bağlı bəyanat verib. Bəyantda bildirilir:

“Azərbaycanlı jurnalist və bloger Fuad Abbasova qarşı Rusiyanın paytaxtı Moskva şəhərində hüquq-mühafizə orqanları tərəfindən törədilən qanunsuz hərəkətləri, onun döyülməsini, həbs edilməsini qətiyətlə pisləyirik. Hesab edirik ki, Azərbaycan hakimiyyəti, Rusiyadakı səfirliyimiz dərhal məsələyə müdaxilə etməli, fədakar və mübariz vətəndaşımızın, erməni saxtakarlığına qarşı cəsarətlə mübarizə aparan bir diaspor fəalımızın müdafiəsi üçün hər şeyi etməlidir.Azərbaycanın rus icması, icmanın rəhbəri, millət vəkili Mixail Zabelin müşahidəçi rolunda qalmamalı, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirilməsinə imkan verməməlidir. Bu məsələyə heç kəs biganə qalmamalı, prinsipial dövlət mövqeyi və vətəndaş fəallığı nümayiş etdirilməlidir.”

Sozcu.az