QAT ermənilərin Bakıya növbəti səfərinə qəti etiraz edir

Qarabağ Azadlıq Təşkilatı (QAT) erməni nümayəndələrin Bakıda keçirilən TRASEKA-nın  toplantısına qatılması ilə bağlı bəyanat qəbul edib.

Bəyanatda göstərilir:

“Emənistandan nazir müavini və digərlərindən ibarət heyyətin Bakıya gəlməsini, beynəlxalq tədbirə, TRASEKA-ın toplantısına qatılmasını qətiyyətlə pisləyir, Azərbaycanın maraqlarına cavab vermədiyini bildiririk. Bu, erməni siyasətinin bir hissəsidir, əvvəl jurnalistləri göndərdilər, indi məmurlar gəlir, işğalçı Ermənistanın baş nazirinin arvadı da bildirb ki, dəvət etsələr o da gələr, ondan sonra da baş nazirin özü gələcək. Bütün bunlarla ermənilər gediş-gəlişi adiləşdirməyə, işğal faktını unutdurmağa, torpaqlarımızın ilhaq prosesini başa çatdırmağa çalışırlar.

Biz hesab edirik ki, Azərbaycan hakimiyyəti beynəlxalq güclərin təzyiqlərinə baxmayaraq bu prosesin qarşısını almağın yolunu tapmalıdır. Azərbaycanın bütün siyasi, ictimai qurumları, hər bir vətəndaş bu məkrli erməni siyasətinə etiraz etməlidir.

Biz Qarabağ Azadlıq Təşkilatı olaraq bir il əvvəl, ötən ilin sentyabrında keçirilmiş Qarabağ mitinqi ərəfəsində yeni kursu,  xətti elan etmişdik. Bu kursa görə, Qarabağın işğaldan azad olunması üçün dövlət və xalq, hakimiyyət və cəmiyyət, iqtidar və müxalifət birlikdə hərəkət etməlidir. Biz həmin kursa sadiq qalaraq, bir daha bildiririk ki, ermənilərin bu hərəkətləri ilə Azərbaycanda qarşıdurma yaratmasına, hakimiyyətlə cəmiyyəti üz -üzə qoymasına  imkan verməməli, dövlətlə xalqın birliyini qoruyub saxlamalı və bu günlərdə birliyimizi nümayiş etdirməliyik.

Facebook Comments