QAT-dan müharibə və mitinq tələbi

Qarabağ Azadlıq Təşkilatı (QAT) Ermənistanın son həyasız bəyanatları və bunun müqabilində Azərbaycan hakimiyyətinin susqunluğu ilə bağlı bəyanat verib.

Sozcu.az bəyanatı təqdim edir:

İşğalçı Ermənistanın baş nazirinin, xarici işlər nazirinin və digər qurumsaqlarının Azərbaycanın ərazi bütövlüyünə qarşı son həyasız bəyanatları, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində Dağlıq Qarabağdakı qondarma rejimin adına “sənəd”in paylanması, bəzi dövlətlərin Ermənistanın ölçü bilməyən hərəkətlərinə dəstək verməsi və bütün bunların müqabilində Azərbaycan hakimiyyətinin susqunluq nümayiş etdirməsi artıq xalqımızın səbrini tükəndirmişdir. Bu rəzalətə artıq dözmək mümkün deyil. Biz Azərbaycan prezidentindən erməni həyasızlığına qətiyyətli cavabın verilməsini, işğalçı Ermənistana qarşı dərhal azadlıq müharibəsinin başlanmasını tələb edirik.

Əks halda, işğalçı Ermənistana qarşı müharibənin başlanması tələbi ilə mitinqlərə, kütləvi etiraz aksiyalarına başlayacağıq.