QAT Ağsu rayonunda tədbr keçirib -FOTO +VİDEO

Qarabağ Azadlıq Təşkilatı (QAT) Ağsu rayonunda zona müşavirəsi keçirib.
Sozcu.az-ın xəbərinə örə, Müşavirədə QAT-ın Ağsu və Şamaxı şöbələrinin rəhbərləri iştirak edib. QAT sədrinin müavini, zona üzrə kurator İlqar Əli, Ali Məclisin üzvü Ceyhun Tağıyev müşavirədə iştirak edib, hazırkı vəziyyət və vəzifələrlə bağlı fikirlərini çatdırıblar. Ağsu şöbəsinin sədri Elşən Əlisoy QAT-ın zona koordinatoru seçilib. Müşavirədə yerli şöbələrin vəzifələri müzakirə olunub, uyğun qərarlar qəbul olunub.

Müşavirədə rayon şöbələrinin təşkilatı işlərinin müzakirəsi aparılaraq uyğun qərarlar qəbul edilib. Təşkilati məsələlərin müzakirəsi zamanı QAT Ağsu rayon şöbəsinin sədri Elşən Əlisoyun sərəncamı ilə Anar Rəsullu mətbuatla iş üzrə, İmran Bəyalıyev təşkilati məsələlər üzrə, QAT Ağsu rayon şöbəsinin sədr müavini, Tamerlan Məmmədli QAT Ağsu rayon şöbəsinin Gənclər Təşkilatının sədri təyin edilib.

Müşavirənin sonunda QAT sədrinin müavini İlqar Əli Qarabağ məsələsi ilə bağlı geniş çıxış edib.

Anar Rəsullu