Qarpız yedikdə orqanizmimizdə nələr baş verir?

Yay mövsümünün gəlişi ilə istehlak edilən meyvə-tərvəzlər də çoxalır.

Sozcu.az deyerler.org-a istinadən bildirir ki, qidalanma və pəhriz mütəxəssisləri isti havalarda sərinlənmək üçün ən çox üstünlük verdiyi giləmeyvələrdən biri olan qarpızın antioksidant mənbəyi olduğunu söyləyib. Tərkibindəki B vitamini sayəsində bədəni gücləndirən qarpızın faydalarını necə öyrənmək olar?

Qarpız gündə B vitaminləri ilə enerjini qorumağa kömək edir. Qarpız qan dövranını sürətləndirir və damarlarınızdakı zərərli maddələrin qarşısını alır və xolesterol səviyyəsinin yüksəlməsinə mane olur. Bol su tərkibi ilə bədəndə suyun itirilməsinin qarşısını alır.

Eyni zamanda, ABŞ-dakı Milli Xərçəng İnstitutunda aparılan bir araşdırmaya görə, qarpızdakı likopenin prostat xərçəngi hüceyrələrinin yayılmasının (çoxalmasının) azalmasına kömək etdiyi bildirilib.

Qarpızın tərkibində A və C vitamini var və beta karotin ilə zəngindir. Bu antioksidant komponentlər oqanizmdəki sərbəst radikallarla mübarizə apararaq, xərçəngə qarşı profilaktik xüsusiyyətlər göstərir.

Kalium və maqnezium mineralları ilə də zəngin olan qarpızın tərkibində həmçinin bol miqdarda şəkər var.

Qarpız bir qəlyanaltı olaraq seçilə bilər və bəzən əsas yemək kimi də istehlak edildiyini görə bilərik.

Facebook Comments