Qarabağla bağlı özəl diplomatiya ola bilməz – Fransa

Fransanın ayrı-ayrı regionu və ya şəhərinin Qarabağla bağlı xüsusi diplomatiyası ola bilməz.

Sozcu.az xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot aprelin 26-da İrəvanda keçirdiyi mətbuat konfransında jurnalistin “Fransanın ayrı-ayrı şəhərləri ilə Qarabağ arasında əməkdaşlıq mümkündürmü” sualına cavabında bildirib.
“Diplomatiya bir olmalı və oyun qaydalarına bir mövqedən cavab verməlidir”, – səfir vurğulayıb.

C.Lakot deyib ki, ATƏT-in Minsk Qrupunda Fransanın iştirakı həm də Ermənistan üçün vacib nailiyyətdir.(Axar.az)