Qarabağın azadlığını dəstəklədiklərinə görə güneyli fəallara həbs və qamçı cəzası verilib

Tehran hökuməti milli-mədəni fəalların cəzasına qamçı zərbələrini də artırıb.

Ərdəbil şəhərində yaşayan güney azərbaycanlı milli-mədəni fəallar Əli Xeyrcu və Meysəm Colani Ərdəbilin ikinci Cinayət Məhkəməsinin 110-cu şöbəsi tərəfindən bötüvlükdə 8 ay həbs və 40 zərbə qamçı cəzasına məhkum ediliblər.

Mədəni fəallara məhkəmə qərarı ilə bağlı Ərdəbil şəhərinin ikinci Cinayət Məhkəməsi tərəfindən verilən bildirişdə adı çəkilən şöbənin rəisi “Səccad Həbibi” 1996-cı ildə qəbul olunan “İslami Cəza Qanunu”nun 618-ci maddəsinə əsasən Əli Xeyrcu və Meysəm Colaninin həbs cəzalarında dəyişiklik edilərək 8 ay həbs və 40 qamçı zərbəsinə məhkum edildiklərini bildirib.

Mədəni fəalların məhəkəmə işinə 1 dekabr 2020-ci il tarixində Ərdəbil şəhərinin ikinci Cinayət Məhkəməsinin 110-cu şöbəsində baxılmışdır.

Xatırladaq ki, Əli Xeyrcu və Meysəm Colani təhlükəsizlik qüvvələri tərəfindən 1 oktyabr 2020-ci il tarixində evlərində tsaxlanılmışdılar. Onlar Ərdəbilin “Ciral Park”ı məhbusları ilə birlikdə, hər biri 300 milyon tümən girov müqabilində məhkəmə prosesi bitənə qədər Ərdəbilin “Şam Əsbi” həbsxanasından müvəqqəti azadlığa buraxılmışdılar.

Həbs edildikdə, bu iki fəalın hər biri üç ayrı ittihamla günahlandırılırdı. Digər iki ittiham baxılması üçün inqilab məhkəməsinə göndərildi.

Sosial şəbəkələrdə yayımlanan video və fotoşəkillərdə görünür ki, təhlükəsizlik qüvvələri Əli Xeyrcunu həbs etmək üçün heç bir məhkəmə qərarı olmadan evin duvarından aşaraq mənzilə basqın edərək, milli fəalı və onun ailə üzvlərini döyür və təhqir edirlər.

Cənab Xeyrcu tutulduqdan sonra “Ceneral Parkı” məhbuslarının anaları və Xeyrucunun həyat yoldaşı Əfsanə xanım Əkbərzadə yaxınlarının vəziyyətini öyrənmək üçün Ərdəbil prokrorluğunun 10-cu şöbəsinə müraciət etmişdilər. Onlar hakim “Nonəhal” tərəfindən təhqir olunaraq oradan uzaqlaşdırılmışdılar.

Xeyrcunun həyat yoldaşı Əfsanə xanım Əkbərzadə isə hakim “Nonəhal”ın tərbiyəsiz davranışlarına, söyüş və təhqirlərinə və həbs iolunan milli fəalların saxlanılmasının qanunsuzluğuna etiraz etdiyi üçün, adı çəkilən hakimin bir başa göstərişi ilə 24 saatlığına həbs olunmuşdur.

Xatırladaq ki, 1 oktyabr 2020–ci ildə Azərbaycan milli fəallarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad edilməsinə dəstək olaraq dinc aksiyaya çağırışından sonra təhlükəsizlik və hüquq-mühafizə qüvvələri Azərbaycan şəhərlərinin əsas meydanlarına yeridildi. Urmiya, Təbriz, Zəncan, Ərdəbil və Tehrandakı əksər milli-mədəni fəallara qarşı zor tətbiq edib, heç bir məhkəmə qərarı olmadan bir çoxlarını qanunsuz həbs etdilər.

2020-ci ilin ilin iyul ayında Tehran, Təbriz, Urmiya şəhərlərində keçirilən oxşar mitinqlərdə bir sıra fəallar və vətəndaşlar həbs edildi, onlardan bir sırası girov müqabilində müvəqqəti sərbəst buraxıldı.

Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurmanın başlanğıcından bəri, İran təhlükəsizlik qüvvələri Azərbaycan və Tehran şəhərlərində Azərbaycan Respublikasının ordusuna göstərilən hər hansı bir mənəvi dəstəyi yatırmış, yüzlərlə türk fəal və vətəndaşı tutmuş, işgəncə vermiş və həbs etmişlər.

Facebook Comments