Qarabağın azad edilməsini dəstəkləyən 10 məhkum Urmiya İnqilab Məhkəməsinə çağrılıb

Cavad Rzayi, Fərhad Məhəmmədi, Əmir İzzəti Heydərli, İrfan Mehdixani Saatlı, Ramin Dehqan, Hüsniyə İntixabii Həsənluyi, Səhənd Behnemun, Salar Tahir Əfşar, Ramin Xudabəxş, Yunis Şirzad Cavan 22 noyabr 2020-ci ildə, Urmuda(Urmiyə) yaşayan gənc milli-məədəni fəallar məhkəmənin elektron sistemi vasitəsi ilə aldıqları bildirişə görə, bildirişi aldıqdan 5 gün sonra izahat vermək üçün Urmu Dövlət və İnqilab Prokurorluğunun 8 saylı şöbəsinə müraciə etmələri istənilib.

Bildirişdə onların ittihamı “ictimai asayişi pozmaq” və “qanunsuz toplantıda iştirak etmək” göstərilib.

Xatırladaq ki, 1 oktyabr 2020-ci ildə Azərbaycan milli-mədəni fəallarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad edilməsinə dəstək olmaq üçün dinc aksiya çağırışından sonra təhlükəsizlik və hüquq-mühafizə qüvvələrinin Azərbaycan şəhərlərinin əsas meydanlarında yerləşdirilərək, Urmu, Təbriz, Zəncan, Ərdəbil və Tehran şəhərlərində qanunsuz şəkildə və heç bir əsas göstərmədən çoxsaylı güneyli milli-mədəni fəalı həbs etdilər.

Facebook Comments