Qarabağdan qazi şeri gəlib

İşğaldan qurtulan Qarabağda xidmətini QAZİ kimi sürdürən Murad Rəfail oğlu bu gün yeni şerini göndərib . QAZİ oğlu Qazi Murad şəhid qardaşlarına yox, onların ərsiz qalan nişanlılarının, adaxlılarının ölmüş, şəhid olmuş ümidlərinə yas saxlayır. Qazi şerini oxuyanların diqqətinə çatdırıb, igid Murada Vətənə xidmətdə və yaradıcılıqda uğurlar arzulayırıq.

Qarabağdan şəhid gəlib

Şəhid gətirdilər

Yenə məhəlləmizə.

Bələdiyyədən yenə

Gül verib əlimizə

“Şəhidi qarşılayın”

Deyirdi ,deyirdi orta yaşlı

Tər təmiz əyin başlı

Qəsəbənin soveti .

Birdə “Vətən” Qəzeti

Gəlmişdi şəkil çəkən,

Gəlmişdi zəhlə tökən

Gic-gic suallar verən

Müxbir , köhnə  işverən.

Mən də məhəlləmizin

Dayanmışam tinində.

Üst-başım it günündə

Baxıram bir eyvana

Nə ata var, nə ana.

Orda duran şəhidin

Nişanlısı Ağbəniz

Göz yaşı ölü dəniz.

 

Mən baxmıram şəhidin

Qohum əqrəbasına.

Gəlirdilər igidin

Toy əvəzi yasına.

Mən baxıram nişansız

Nişanlı baxışına.

Mən baxıram zamansız

Ağbənizin gözündən

Axan göz yağışına.

 

Ay Ağbəniz, mən sənə

Baxdıqca ağlayıram

Hamı ŞƏHİD balaya

Mən sənin ölmüş

Ümidlərinə yas saxlıyıram.

 

Siqnal səsləri ilə

Gətirilirdi Şəhid.

O qoçaq , o Mərd ,o İgid

O Qəhrəman Gəlirdi

Bir maşında bəy kimi.

Sənsə ötən günləri

Zikr edirdin dilində.

Qırılan təsbey kimi

Bir-bir qopub düşürdü

Xatirələr əlində.

 

Mən baxırdım, Ağbəniz,

Sənin qara gözünə.

Oxudumgözlərindən

Deyirdinöz-özünə:

“Mən axı Şəhid yolun,

Şəhid maşınlarının

Siqnalın gözləmirdim!

Gözləyirdim yolunu

Məni bərk bərkqucaglayan

Əllərini , qolunu …

Boyunu-buxununu

Gözləyirdimər kimi!

Amma ki sən ər oldun

Vətənə ,  əsgər kimi!

Mən beləgözləyirdim

Gözləyirdim mən sənin ..

O şirin nəfəsini

Gəlinlik maşınından

Gələn Siqnal səsini…”

Murad İsmayılzadə

Cəbrayıl R. Daşkəsən Kəndi

18.12.2020 10:23

 

Facebook Comments