Qarabağda ev tikən gənc erməni ailələrinə dəstək üçün 5 milyonluq vəsait ayrıldı…

“Cavabını Azərbaycan siyasətinin sərdarları versin…”

Qəsbkar ermənilər Azərbaycanın işğal altındakı torpaqlarında məskunlaşdırma işlərini sürətləndirmək üçün əllərindən gələni etməkdə davamlıdırlar.

Sozcu.az xəbər verir ki, işğalçı ölkə saytlarının yaydığı məlumata görə, qondarma separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyan Qarabağda sülənən gənc erməni ailələrinə dəstək vermək məqsədilə yeni qərar imzalayıb.

Qərara əsasən sentyabrın 1-dən başlayaraq Xankəndi və Şuşa istisna olmaqla Azərbaycanın işğal altındakı digər məntəqələrində məskunlaşaraq ev tikməyə başlayan gənc ailələrə dəstək üçün 5 milyon dram(təxm. 10 min 355 dollar) vəsait ayrılacaq.

A.Arutyunyan bildirib ki, “kənd icmalarının tarazlı inkişafına, mənzil tikintisinə təkan verəcək və bir çox ailənin həyat şəraitini yaxşılaşdıracaq belə bir qərara imza atdğı üçün özünü xoşbət sanır”.

Separatçı lider qeyd edib ki, bu cür qərar 2015-ci ildə Bako Saakyan tərəfindən də verilib. Lakin yeni qərarda gənc ailələrin yaş həddi 40-dan 50-yə qaldırılıb. Ayrılan vəsaitin məbləği isə 3 milyon dramdan 5 milyon drama yüksəldilib.moderator

P.S. Cavabını Azərbaycan siyasətinin sərdarları versin…

Facebook Comments